Müdafiə naziri silahlanmaya yeni qəbul edilmiş müasir silah və texnikalarla bağlı tapşırıq verib

Müdafiə naziri silahlanmaya yeni qəbul edilmiş müasir silah və texnikalarla bağlı tapşırıq verib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

“Poliqon” xəbər verir ki, tapşırıq martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə verilib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Poliqon.az

CATEGORIES
TAGS