Müdafiə naziri Türkiyə Müdafiə Sənayesinin şirkət rəhbərləri ilə  görüşlər keçirib

Müdafiə naziri Türkiyə Müdafiə Sənayesinin şirkət rəhbərləri ilə  görüşlər keçirib

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə IDEF – 2021 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.

Bu barədə “Poliqon”un İDEF-2021 sərgisində iştirak edən əməkdaşları məlumat verib.

Müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin ASELSAN, ROKETSAN, HAVELSAN, ASPİLSAN  və bir sıra digər şirkətlərinin rəhbərləri ilə  görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

mn1 4 mn2 4 mn3 4 mn4 3 mn5 3 mn6 2 mn7 2

Poliqon.az

CATEGORIES
TAGS