Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə olub

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə olub

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib.

Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq göstərişlər verib.

Sonda müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqları şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.

m1 7 m2 8 m3 8 m4 6 m5 5 m6 2 m7

Poliqon.az

CATEGORIES
TAGS