
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, – deyə Müdafiə Nazirliyindən bildirilib.
CATEGORIES Müdafiə