Müdafiə Nazirliyi: “TEKNOFEST Azərbaycan” festivalı böyük maraqla qarşılanıb

Müdafiə Nazirliyi: “TEKNOFEST Azərbaycan” festivalı böyük maraqla qarşılanıb

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib. Hər iki ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş