Müdafiə Nazirliyində NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Müdafiə Nazirliyində NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 25-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, K.Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun Azərbaycan bölmələrinin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

F.Diella Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.

Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS