Müdafiə Nazirliyinin təmir zavodlarında əldə edilən nailiyyətlər ADEX-2024-də təqdim olunur

Müdafiə Nazirliyinin təmir zavodlarında əldə edilən nailiyyətlər ADEX-2024-də təqdim olunur

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov POLİQON jurnalına açıqladığı müraciətində ADEX-2024 sərgisində Müdafiə Nazirliyinin stendində təqdim olunan məhsullar barəsində danışıb.

Zakir Həsənovun sözlərinə görə, stenddə Müdafiə Nazirliyinin tabeliyində olan təmir zavodlarında döyüş texnikasının, silahların təmir-bərpası sayəsində əldə edilən nailiyyətlər də təqdim olunur.

“Döyüşlərdə qazandığımız təcrübə əsasında silah və texnikanın effektiv tətbiqi, səmərəli istifadəsi, eləcə də təkmilləşdirilməsi ilə bağlı tərəfimizdən irəli sürülmüş bir neçə yenilik nazirliyin nəzdindəki həmin müəssisələrdə uğurla icra olunub.

Qürurverici məqamdır ki, əvvəlki illərdə, eləcə də Aprel döyüşlərindən sonra qazandığımız təcrübəyə əsasən, hərbi texnikanın modernləşdirilməsi və müasir texnologiyaların hərbi sahədə tətbiqi istiqamətində Ordumuzda böyük işlər görülmüşdür. Tətbiq etdiyimiz yeniliklərin nəticələrini isə Vətən müharibəsində və sonrakı əməliyyatlarda gördük. Ordumuzun hərb elminə gətirdiyi yeniliklərin dünya miqyasında öyrənilməsi və təhlillərin aparılması da qürur doğuran məqamdır”, – deyə general-polkovnik Z.Həsənov qeyd edib.

CATEGORIES
TAGS