Müdafiə sənayesi naziri Sumqayıt Texnologiyalar Parkını ziyarət edib
Avqustun 14-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkını (STP) ziyarət edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, konfrans zalında keçirilən iclasda STP-nin rəhbər şəxsləri tərəfindən istehsal sahələri, görülmüş işlər, gələcək planlar və ixrac uğurları barədə qonaqlara ətraflı məlumat verilib.
Daha sonra STP-nin zavodlarından bir neçəsini ziyarət edən nazirliklərin rəsmiləri müəssisələrdəki şərait, müasir avadanlıqlar, istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanış olublar.
CATEGORIES Xəbərlər