Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub
Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavoduna məxsus poliqonda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
Bu barədə “Poliqon” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, partlayış zamanı bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.
CATEGORIES Xəbərlər