Xəbərlər
Müddətdən artıq hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib – VİDEO/FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, məzunlar kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmətdə tətbiq edəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və ölkəmizi layiqincə qoruyacaqlarına söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.
Daha sonra məzunların tribuna önündən təntənəli keçidi baş tutub.







