Müdəfiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə “Poliqon”a Müdəfiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirələri hörmət və ehtiramla yad edilib.
CATEGORIES Xəbərlər