Mühəndis Qoşunları Baş İdarəsinin rəisi: Vətən müharibəsindəki təcrübə əsasında döyüş hazırlığında dəyişikliklər, korrektələr aparılır

Mühəndis Qoşunları Baş İdarəsinin rəisi: Vətən müharibəsindəki təcrübə əsasında döyüş hazırlığında dəyişikliklər, korrektələr aparılır

Hər bir müharibə eyni zamanda bir təcrübədir, xüsusilə bu, Vətən torpaqlarının işğaldan azad edilməsi üçün aparılan mübarizədir.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov POLİQON jurnalının “Vətən müharibəsində Mühəndis Qoşunlarının rolu və döyüşlərdə qazandığı praktiki təcrübəsi” barədə sualını cavablandırarkən deyib.

“Ordumuz, həmçinin mühəndis-istehkam bölmələrimiz də bu müharibədə böyük bir təcrübə toplayıb, düşmənin fəaliyyət xarakterini incələyib. Biz buna uyğun olaraq döyüş hazırlığımızı planlaşdırırıq, müəyyən korrektələr və dəyişikliklər edirik. Bu, davamedici və durmayan prosesdir”, – deyə general-mayor Anar Kərimov bildirib.

Mühəndis Qoşunları Baş İdarəsinin rəisi vurğulayıb ki, bundan başqa, dünya praktikası var: “Dünyada baş verən proseslər var ki, burada Mühəndis Qoşunlarının etdiyi fəaliyyətləri və onlara qarşı görülən tədbirləri incələyirik. Ona görə də, daim bunlar nəzərə alınaraq və təhlil edilərək döyüş hazırlığında lazım olan dəyişikliklər, korrektələr aparılır”.

CATEGORIES
TAGS