Mühəndis qoşunları tərəfindən 17255 mina və PDS zərərsizləşdirilib – FOTO/VİDEO

Mühəndis qoşunları tərəfindən 17255 mina və PDS zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə yeni təminat yolları çəkilir.

Azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.

Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı (PDS) aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.

Yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

M1 1

M2 2

M3 2

M4 2

M5 2

M6 2

M7 2

m9 2

Poliqon.az

CATEGORIES
TAGS