Murat İkinci: Azərbaycan Silahlı Qüvvələri bölgəmizin ən güclü orduları arasında yer alır

Murat İkinci: Azərbaycan Silahlı Qüvvələri bölgəmizin ən güclü orduları arasında yer alır

“Roketsan” olaraq, müzəffər Azərbaycan Ordusunun gücünə orijinal və etibarlı həllərimizlə güc qatmağın qürurunu yaşayırıq.

Bu sözləri “Roketsan” şirkətinin baş direktoru Murat İkinci Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Poliqon” jurnalına ünvanladığı təbrik mesajında bildirib.

“Can qardaşımız Azərbaycanımızın işğal altındakı torpaqlarını qurtardığı şanlı Qarabağ Zəfərinin memarı olan Azərbaycan Silahlı Qüvvələri, həm inkişaf etmiş hərbi inventarı, həm də döyüş qabiliyyəti ilə bölgəmizin ən güclü orduları arasında yer alır.

Dünən və bu gün olduğu kimi sabah da Azərbaycanımızla əməkdaşlıq və həmrəylik içində olmağa, bir millət, iki dövlət şüarı ilə Azərbaycan Silahlı Qüvvələrimizin ehtiyaclarını ən sürətli və etibarlı şəkildə qarşılamağa davam edəcəyik.

Azərbaycan Silahlı Qüvvələri Gününün 103-cü ildönümü olan bu önəmli gündə, “Roketsan” ailəsi adından Azərbaycan Silahlı Qüvvələrimizə səmimi qəlbdən təbriklərimi çatdırıram.

Daha çox önəmli günləri zəfər sevinci içində birlik və bərabərlik daxilində qeyd etməyi arzulayıram”, – deyə “Roketsan”ın baş direktoru Murat İkinci bildirib.

E4zFTp3WUAANnA4

Poliqon.az

CATEGORIES
TAGS