“TEKNOFEST Azərbaycan”Xəbərlər

Murat İkinci: TEKNOFEST Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqliyin göstəricisidir

Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci rəhbərlik etdiyi şirkətin “TEKNOFEST Azərbaycan”da iştirakı ilə bağlı “Poliqon” jurnalına açıqlama verib.

“Dost və qardaş Azərbaycanımızda TEKNOFEST kimi üfüqləri aşan bir festival təşkil etməkdən həyəcanlıyıq. TEKNOFEST Kosmik, Aviasiya və Texnologiya Festivalının Azərbaycanda təşkili iki ölkə arasında dostluğun, qardaşlığın və strateji müttəfiqliyin daha bir göstəricisi kimi bizi qürurlandırır.

“Roketsan” olaraq ən müasir məhsullarımızı gənc azərbaycanlı qardaşlarımıza təqdim etməkdən məmnun olarıq. Azərbaycandakı bütün elm məraklısı olan gənclərimizi bizimlə görüşmək üçün stendimizdə gözləyəcəyik”, – deyə “Roketsan” şirkətinin baş direktoru Murat İkinci bildirib.

Poliqon.az

Back to top button