Müttəfiq ölkələr Ukrayna Ordusuna “hava-hava” tipli raketlər göndərib

Müttəfiq ölkələr Ukrayna Ordusuna “hava-hava” tipli raketlər göndərib

Müttəfiq ölkələr tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri üçün böyük partiya “hava-hava” tipli raketlər göndərilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin təhvil aldığı “hava-hava” tipli raketlər artıq aviasiya vasitələrinə quraşdırılıb.

Ukrayna HHQ hərbi yardıma görə, müttəfiq ölkələrə təşəkkürünü bildirib.

Poliqon.az

CATEGORIES
TAGS