Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən xəbərə görə, səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

CATEGORIES
TAGS