Narkotik vasitələrin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

İyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M – 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES