NATO gəmiləri Gürcüstanın Poti limanına daxil olub

NATO gəmiləri Gürcüstanın Poti limanına daxil olub

NATO-nun dörd hərbi gəmisi Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə hərbi təlim keçmək üçün Gürcüstanın Poti limanına daxil olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi xəbər yayıb.

Limana daxil olan hərbi gəmilər İtaliyanın ITS “Virginio Fasan”, Kanadanın HMCS “Frederıcton”, Rumıniyanın ROS “Regina Maria”, Bolqarıstanın BGS “Verni” gəmiləridir. Hərbi təlimlərdə Türkiyənin TCG “Salih Reis” gəmisi də iştirak edəcək.

Hərbi təlimlərin məqsədi Gürcüstanın Hərbi Dəniz Qüvvələri ilə NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır. Birgə təlimlər heyətin iştirakı olmadan gəmilərin manevrlərindən ibarət olacaq.

Məlumatda o da qeyd olunub ki, yeni koronaviris COVID-19 pandemiyasına görə, təlim çərçivəsində görüşlər videokonfrans formatında keçiriləcək.

 

 

CATEGORIES
TAGS