NATO-nun Dəstək və Satınalma Agentliyi “Carl-Gustaf” qumbaraatanları alır

NATO-nun Dəstək və Satınalma Agentliyi “Carl-Gustaf” qumbaraatanları alır

İsveçin “Saab” şirkəti NATO-nun Dəstək və Satınalma Agentliyindən (NSPA) 60 milyon avro dəyərində “Carl-Gustaf” tank əleyhinə qumbaraatan sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, “Carl-Gustaf” qumbaraatanlarının çatdırlıması 2024-2027-ci illər ərzində yerinə yetiriləcək.

Bildirilib ki, döyüş sursatı və digər lazımi avadanlıqların da tədarükünü nəzərdə tutan bu sifariş NSPA tərəfindən dörd NATO üzvü ölkə adından verilib.

Xatırladaq ki, bundan əvvəl NATO-nun Dəstək və Satınalma Agentliyi “Saab” şirkətinə 63 milyon avro dəyərində AT4 qumbaraatan sifariş edib.

CATEGORIES
TAGS