NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

Azərbaycan  Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

6b408c0540c03bdd3a1cd9365a4ae845

CATEGORIES