Naxçıvanda MDB məkanında ən böyük hərbi xəstəxana tikilir

Naxçıvanda MDB məkanında ən böyük hərbi xəstəxana tikilir

Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun müasir Mərkəzi Hərbi Xəstəxanası inşa olunur.

Bu barədə “AzeriDefence” “Naxcivantv”yə istinadən məlumat verib.

Naxçıvan şəhərində inşa olunan Mərkəzi Hərbi Xəstəxana istifadəyə verildikdən sonra MDB məkanında ən böyük mərkəzi hərbi xəstəxanalardan biri olacaq. 5 mərtəbədən ibarət olan hərbi xəstəxananın 250-ə yaxın otağın olması nəzərdə tutulub. Hazırda tikinti işləri davam etdirilir.

CATEGORIES
TAGS