Nazir: “Azərbaycan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdəndir”

Nazir: “Azərbaycan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdəndir”

Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir.

“Poliqon” xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Mədət Quluyev “Respublika” qəzetində dərc edilən yazısında qeyd edib.

Müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

“Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk”, – deyə müdafiə sənayesi naziri vurğulayab.

Poliqon.az

CATEGORIES
TAGS