“Nexter” şirkəti “Philoctetes” təkərli PDM-ni təqdim edib

“Nexter” şirkəti “Philoctetes” təkərli PDM-ni təqdim edib

Fransanın “Nexter” şirkəti Yunanıstanın paytaxtı Afina şəhərində 13-15 iyul tarixlərində keçirilən “DEFEA” Beynəlxalq sərgisində özünün təkərli VBCI “Philoctetes” piyadanın döyüş maşınını (PDM) təqdim edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Nexter” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata əsasən, döyüş maşınının silahlanmasına teleskopik döyüş sursatı istifadə edən 40 mm-lik CT avtomatik topu və MDBA şirkətinin istehsalı MMP tank əleyhinə idarə olunan raket kompleksi daxildir. Silahlar “CTA International” şirkətinin məsafədən idarə olunan döyüş modulunda yerləşdirilib. Qeyd edək ki, 40 mm-lik çap 30 mm-lik çapla müqayisədə bir çox üstünlüklərə malikdir və daha geniş hədəfləri əhatə edir (PUA, təyyarə, yüngül nəqliyyat vasitələri).

Xatırladaq ki, döyüş maşını Yunanıstan Ordusunun perspektiv piyadanın döyüş maşını üçün tələbləri nəzərə alınmaqla hazırlanmışdır. Bununla əlaqədar olaraq, sərginin nümayiş stendində təqdim olunan VBCI “Philoctetes” PDM-i Yunanıstan Ordusunun adi döyüş maşınlarının kamuflyaj rəngində boyanıb. Döyüş maşını Yunanıstan Ordusunun mobillik, qoruma, modulluq və atəş gücü tələblərinə cavab verir. Maşına Troyan Savaşının Philoctetes mifoloji qəhrəmanının adı verilib.

Döyüş maşını 8×8 təkər formuluna malikdir, zireh qorunması gövdə və asma zireh modulları sayəsində təmin edilir. Zirehlənmə 14,5 mm çaplı güllələrdən və RPQ-7 tank əleyhinə əl qumbaraatanının qumbaralarından müdafiəni təmin edir.

Desantgötürmə qabiliyyəti ümumilikdə 11 nəfərin: 8 nəfərlik manqa və 3 nəfər heyət üzvünün (sürücü-mexanik, tuşlayıcı və maşın komandiri) daşınmasına imkan verir.

Ümumiyyətlə, VBCI “Philoctetes” PDM-inin konsepsiyası, Fransa Ordusu tərəfindən istifadə edilən, yerli “Nexter” və “Renault Trucks” şirkətləri tərəfindən istehsal olunan VBCI döyüş maşınının həllərini təkrarlayır.

Əhəd Əzizov

FB IMG 1626507601282 FB IMG 1626507607176 FB IMG 1626507613078

Poliqon.az

CATEGORIES
TAGS