QuruXəbərlər

Niderland Ordusunun zirehli texnikaları “Barracuda” ilə təchiz ediləcək

İsveçin “Saab” şirkəti Niderland Müdafiə Nazirliyi ilə “Barracuda” mobil kamuflyaj sistemlərinin tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalayıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, müqavilə çərçivəsində şirkət artıq ilk sifarişi alıb və tədarüklərin qarşıdakı illərdə həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, ilkin mərhələdə Niderland Ordusunun “Fennek” və “Panzerhaubitze” zirehli texnikaları mobil kamuflyaj sistemləri ilə təchiz ediləcək.

İstənilən hərbi texnikaya uyğunlaşdırılan bilən “Barracuda” mobil kamuflyaj sistemləri meşəlik, şəhər və arktik mühitlər üçün müxtəlif naxışlarda hazırlanır və fərqli şəraitlərdə istifadə oluna bilər.

Back to top button