Niderland Ukraynaya kəşfiyyat dronları tədarük edəcək

Niderland Ukraynaya kəşfiyyat dronları tədarük edəcək

Niderlandın “DeltaQuad” şirkəti Ukraynaya kəşfiyyat dronları tədarük edəcək.

Bu barədə “Poliqon” Niderland Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, Niderland Müdafiə Nazirliyi tərəfindən Ukrayna Silahlı Qüvvələri üçün alınan kəşfiyyat dronlarının ümumi dəyəri 42.6 milyon avrodur.

ISR tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulan bu dronlar uzun müddət havada qala və uzaq məsafələrə uça bilir. Onlar döyüş meydanından real vaxt rejimində məlumatların əldə edilməsi, kəşfiyyat məlumatlarının toplanması və müşahidənin aparılması üçün istifadə olunur.

CATEGORIES