Niderland Ukraynaya “Patriot” ZRK verəcək

Niderland Ukraynaya “Patriot” ZRK verəcək

Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksi (ZRK) tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, bu çərçivədə Niderland Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə “Patriot” ZRK-nin iki ədəd buraxılış qurğusunu (əlavə sursatlarla birlikdə) təhvil verəcək və ondan istifadə edəcək ukraynalı hərbçilərə lazımi təlimlər keçəcək.

Həmçinin, Niderland tərəfi Ukraynaya zenit silah sistemləri ilə təchiz olunmuş 100 ədəd nəqliyyat vasitəsi də tədarük edəcək.

Qeyd edək ki, Niderland hökuməti hələ Ukrayna-Rusiya müharibəsinin gedişində Ukrayna Silahlı Qüvvələrinə 2.5 milyard avro dəyərində hərbi yardımın göstəriləcəyini və lazım olarsa bu həcmin artırılacağını açıqlamışdı.

Poliqon.az

CATEGORIES
TAGS