
Nigeriya HHQ-ə JF-17 döyüş təyyarələri təhvil verilib
Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) və Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkəti tərəfindən birgə istehsal edilən JF-17 “Thunder” döyüş təyyarələri Nigeriya Hərbi Hava Qüvvələrinə (NAF) təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, təhvil alınan üç ədəd JF-17 “Thunder” döyüş təyyarəsi Hərbi Hava Qüvvələrinin yaradılmasının 57-ci ili münasibətilə keçirilən mərasimdə ordunun istismarına verilib.
JF-17 “Thunder” döyüş təyyarələri Çinin CETC şirkətinin istehsalı olan KLJ-7A və İtaliyanın “Leonardo” şirkətinin “Grifo” radarları ilə təchiz edilir.
Həmçinin, JF-17 “Thunder”lərdə Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunan ASELPOD hədəfləmə sistemlərindən də istifadə edilir.
Qeyd edək ki, həm “hava-hava”, həm də “hava-yer” tipli əməliyyatların icarsı üçün nəzərdə tutulan JF-17 “Thunder” döyüş təyyarələrinin hazırda iki versiyası – “Block I” və “Block II” mövcuddur. Yeni “Block III” versiyasının üzərində isə işlər davam etdirilir.