Nigeriya “Leonardo” şirkətindən M-346 təyyarələri alır
Nigeriya Hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılmaq məqsədi ilə İtaliyanın “Leonardo” şirkəti ilə M-346 çox məqsədli təyyarələrin alınmasına dair müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, müqavilə çərçivəsində Nigeriya HHQ “Leonardo” şirkətinin istehsalı olan 24 ədəd M-346 təyyarəsi alacaq. Müqavilənin dəyəri 1,2 milyard avro (1,416 milyard ABŞ dolları) təşkil edir.
M-346 təyyarələri Nigeriya HHQ-nin hazırda aviasiya parkında yer alan Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Alpha Jet A/E” təyyarələrini əvəz edəcək.
Nigeriyanın sifariş etdiyi M-346 təyyarəsinin dəqiq variantı hələ məlum deyil. Hərbi ekspertlər bu təyyarələrin M-346FT (Fighter Trainer) təlim-döyüş və ya M-346FA (Fighter Attack) hücum-döyüş variantı ola biləcəyini iddia edirlər.
Rizvan Fikrətoğlu