
Nigeriya Türkiyədən patrul gəmiləri alacaq
Türkiyənin “Dearsan” Tərsanəsi Nigeriya Hərbi Dəniz Qüvvələrinə OPV 76 tipli dəniz patrul gəmisinin ixracı üçün müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, “Dearsan” Tərsanəsi Nigeriya Hərbi Dəniz Qüvvələri ilə imzalanmış müqavilə çərçivəsində 2 ədəd 76 metrlik OPV 76 dəniz patrul gəmisi inşa edəcək.
Konfiqurasiya edilən OPV-lərin dizayn və inşa işləri bütünlüklə “Dearsan” daxilində həyata keçiriləcək və gəmilər yerli sistemlərlə təchiz olunacaq.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər