Norveç Almaniyadan “Leopard 2” tankları alacaq

Norveç Almaniyadan “Leopard 2” tankları alacaq

Norveç hökuməti Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən 54 ədəd yeni “Leopard 2” tankı alacaq.

“Poliqon” “E24”ə istinadən xəbər verir ki, bunu Norveçin baş naziri Yonas Qar Store yerli jurnalistlərə açıqlamasında deyib.

Y.Q.Store bildirib ki, alınacaq yeni tanklar Norveç Ordusunun Şimal Qoşunlarının ixtiyarına veriləcək və döyüş imkanları artırılacaq. Tankların alınması üçün tərəflər arasında imzalanacaq müqavilədə əlavə 18 ədəd “Leopard 2”nin də tədarükünü nəzərdə tutan maddə yer alacaq.

Baş nazir yeni tankların alınması məsələsində Almaniya ilə Cənubi Koreya (K2 tankı) arasında qaldıqlarını və sonda “Leopard 2” tankını seçdiklərini qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS