Norveç Almaniyadan “Leopard 2A7” tankları alır
Norveç Müdafiə Avadanlıqları Agentliyi (NDMA) Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən 54 ədəd yeni “Leopard 2A7” tankı alır.
“Poliqon” NDMA-ya istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 19.7 milyard Norveç kronu (1.9 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, KMW şirkəti “Leopard 2A7” tanklarının istehsalı və Norveç Silahlı Qüvvələrinə çatdırılmasına dair işləri 2026-2028-ci illər aralığında həyata keçirəcək.
Qeyd edək ki, “Leopard 2A7” tankı “ “Leopard 2” ailəsinin ən sonuncu və müasir modifikasiyasıdır.
Hazırda “Leopard 2A7” “Krauss-Maffei Wegmann” şirkəti tərəfindən üç Avropa ölkəsi Almaniya, Danimarka və Macarıstan üçün istehsal olunur.
“Leopard 2A7” tankının maksimum sürəti 70 km/saat və mənzili 450 kilometr təşkil edir. Tank 1500 at gücündəki mühərriklə təchiz olunub.