Norveç əlavə NASAMS ZRK-lər alır

Norveç əlavə NASAMS ZRK-lər alır

Norveç hökuməti “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkətinə 4.8 milyard NOK (449.5 milyon ABŞ dolları) dəyərində yeni NASAMS zenit-raket kompleksləri (ZRK) sifariş edib.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bu, hava təhdidləri ilə mübarizə aparmaq üçün Norveçin müdafiə qabiliyyətini gücləndirəcək.

Sifarişə əsasən, yeni ZRK-lərin 2027-ci ildən etibarən müştəriyə çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, bu yaxınlarda İspaniya hökuməti də KONGSBERG şirkətinə 410 milyon avro məbləğində NASAMS ZRK sifariş edib.

CATEGORIES
TAGS