Norveç Ukraynaya 100 ədəd “Mistral” DZRK göndərib

Norveç Ukraynaya 100 ədəd “Mistral” DZRK göndərib

Norveç Ukraynaya 100 ədəd “Mistral” daşınan zenit raket kompleksi (DZRK) verib.

“Poliqon” xəbər verir ki, Norveçin müdafiə naziri Bjorn Arild Qram bildirib ki, sözügedən DZRK-lər artıq Norveçdən Ukraynaya yola salınıb.

“Mistral” DZRK Hərbi Dəniz Qüvvələrində (HDQ) istifadə edilən effektiv silah hesab olunduğundan, onun Ukraynaya böyük fayda verəcəyi düşünülür.

“Mistral” aşağı hündürlükdən uçan helikopterlərin və təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Norveç hökuməti bundan əvvəl Ukraynaya hərbi texnikaların, qoruyucu vasitələrin, o cümlədən 4 min ədəd tank əleyhinə idarə olunan raketin bağışlanması barədə qərar qəbul edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS