Norveç və Kanada Ukraynaya Türkiyə istehsalı PUA göndərəcək

Norveç və Kanada Ukraynaya Türkiyə istehsalı PUA göndərəcək

Norveç Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Türkiyənin “Bayraktar TB2” hücum pilotsuz uçuş aparatının (PUA) alınmasından ötrü vəsait toplama kampaniyasına başlayıb.

“Poliqon” xarici KİV-ə istinadən xəbər verir ki, kampaniya çərçivəsində 55 milyon kron (təxminən 5,5 milyon ABŞ dolları) vəsaitin toplanaraq Ukrayna səfirliyindəki yardım fonduna köçürülməsi planlaşdırılıb.

Öz növbəsində Kanadada da Ukrayna ordusu üçün Türkiyə istehsalı “Bayraktar TB2” PUA-nın alınması üçün ianə toplanılır. Ümumilikdə, kanadalılar 7 milyon Kanada dolları (5,4 milyon ABŞ dolları) toplamağı planlaşdırıblar.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş