
Norveçin KONGSBERG və Ukraynanın “DevDroid” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” xəbər verir ki, imzalanan sənəd mövcud uzaqdan idarəolunan robot döyüş sistemlərinin istehsalı və yeni nəsil sistemlərin hazırlanması istiqamətində genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa imkan yaradacaq.
Bildirilib ki, memorandum Ukraynanın Bərpası Konfransı çərçivəsində imzalanıb. Bu addım beynəlxalq müdafiə şirkətlərinin Ukraynanın müdafiə sənayesi ilə tərəfdaşlığa, eləcə də Ukrayna və Avropanın təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə texnoloji həllərin hazırlanmasına artan marağını nümayiş etdirir.




