
Növbəti A-400M hərbi nəqliyyat təyyarəsi sifarişçiyə çatdırılıb
“Airbus” şirkəti növbəti A-400M hərbi nəqliyyat təyyarəsini İspaniya Hərbi Hava Qüvvələrinə təhvil verib.
“Poliqon” “Airbus” şirkətinə istinadən xəbər verir ki, bununla da İspaniya HHQ-ə çatdırılan A-400M sayı 10-a yüksəlib.
MSN111 istehsal nömrəli hərbi nəqliyyat təyyarəsi şirkətin Sevilyadakı müəssəsində yığılıb.
Qeyd edək ki, “Airbus” indiyə qədər 100 ədəd A-400M nəqliyyat təyyarəsi istehsal edərək sifarişçilərə təhvil verib.
CATEGORIES Xəbərlər