
Növbəti ATAK helikopteri sifarişçiyə çatdırılıb
Türkiyə Quru Qoşunlarına növbəti T-129 ATAK helikopteri təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat yayıb.
T-129 ATAK helikopterləri Ordunun ehtiyaclarını qarşılamaq üçün Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) və İtaliyanın “AgustaWestland” şirkəti tərəfindən birgə hazırlanıb.
İlk uçuşunu 2011-ci ilin avqustunda reallaşdıran ATAK helikopterlərinin Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilməsinə 2014-cü ilin aprelindən başlanıb.
CATEGORIES Xəbərlər