
Növbəti ATAK FAZA-2 helikopteri sifarişçiyə çatdırılıb
TUSAŞ şirkəti Türkiyənin Jandarma Baş Komandanlığına daha 1 ədəd T129 ATAK FAZA-2 hücum və taktiki kəşfiyyat helikopteri təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” hesabında paylaşım edib.
Bu çatdırılma ilə Jandarma Baş Komandanlığı 2-ci FAZA-2 olmaqla 8-ci ATAK helikopterini təhvil alıb.
Ümumilikdə, TUSAŞ şirkəti indiyə kimi Türliyənin Quru Qoşunları Komandanlığına, Jandarma Baş Komandanlığına və Əmniyyət Baş İdarəsinə 66 ədəd ATAK helikopteri tədarük edib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər