Növbəti İl-76MD-90A təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Növbəti İl-76MD-90A təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Aviastar” müəssisəsi tərəfindən istehsal edilən növbəti İl-76MD-90A hərbi nəqliyyat təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Korporasiyasının bildirdiyinə görə, sifarişçiyə təhvil verilən təyyarə istehsaldan sonra zavod tərəfindən yerinə yetirilən yer və uçuş sınaqlarından uğurla keçməyi bacarıb.

Qeyd olunub ki, hazırda 2023-cü ilin istehsal proqramı ilə nəzərdə tutulmuş daha bir neçə İl-76MD-90A nəqliyyat təyyarəsi “Aviastar”ın istehsal xəttində yığılmaqdadır. Bu proqramın vaxtında çatdırıla bilməsi üçün UAC-ın tərkibindəki “İl” (“İlyuşin”) şirkəti sözügedən müəssisənin istehsal gücünü artırmağa davam edir.

Poliqon.az

CATEGORIES
TAGS