Növbəti İl-76MD-90A təyyarəsi sifarişçiyə çatdırılıb

Növbəti İl-76MD-90A təyyarəsi sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Aviastar” müəssisəsi tərəfindən istehsal edilən növbəti İl-76MD-90A hərbi nəqliyyat təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, İl-76MD-90A, İl-76MD təyyarəsinin dərindən modernləşdirilmiş versiyasıdır. O, hərbi texnikanın, şəxsi heyətin və yüklərin daşınması üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu, cari il üzrə Rusiya Müdafiə Nazirliyinə təhvil verilən ikinci İl-76MD-90A təyyarəsidir. Hazırda 2023-cü ilin istehsal proqramı ilə nəzərdə tutulmuş daha bir neçə İl-76MD-90A nəqliyyat təyyarəsi “Aviastar”ın istehsal xəttində yığılmaqdadır. Proqramın vaxtında çatdırıla bilməsi üçün “Birləşmiş Aviasiya Korporasiyası”nın tərkibindəki “İl” (“İlyuşin”) şirkəti sözügedən müəssisənin istehsal gücünü artırıb.

Poliqon.az

CATEGORIES
TAGS