Növbəti P-72 dəniz patrul təyyarəsi Türkiyə HDQ-ə çatdırılıb

Növbəti P-72 dəniz patrul təyyarəsi Türkiyə HDQ-ə çatdırılıb

Türkiyənin “Meltem-3” layihəsi çərçivəsində beşinci P-72 dəniz patrul təyyarəsi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Ümumilikdə “Meltem-3” layihəsi çərçivəsində Türkiyə Ordusunda dəniz nəzarəti və patrul vəzifələrində istifadə ediləcək 6 ədəd P-72 təyyarəsinin tədarükü nəzərdə tutulub. Bunlardan artıq beş ədədi Türkiyə HDQ-nin istifadəsinə verilib və sonuncu P-72 təyyarəsinin də cari il ərzində sifarişçiyə çatdırılması planlaşdırılıb.

“Meltem” layihəsi çərçivəsində daha əvvəl tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasında yer alır. “Meltem” layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

Onu da qeyd edək ki, Meltem layihəsində əsas podratçı İtaliyanın “Leonardo” şirkəti, subpodratçı olaraq Türkiyənin TUSAŞ, ASELSAN, HAVELSAN və MİLSOFT şirkətləri yer alır.

Poliqon.az

CATEGORIES
TAGS