Nurol Makina: “Azərbaycan-Türkiyə dostluq bağları birlik içində möhkəmlənməkdədir”

Nurol Makina: “Azərbaycan-Türkiyə dostluq bağları birlik içində möhkəmlənməkdədir”

Qardaş Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olan Türkiyə üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü şübhəsiz ki, çox önəmli və mənalıdır.

“Poliqon” xəbər verir ki, bu sözlər “Nurol Makina” şirkətinin Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mesajında bildirilib.

“Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsində açıq şəkildə dilə gətirdiyi dostluq bağları, iki ölkənin qurulduğu gündən bu yana, bir növ taleh birliyi içində artaraq möhkəmlənməkdədir.

Bu duyğularla “Nurol Makina” ailəsi olaraq Azərbaycan xalqının bu önəmli günlərini bölüşür və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü ürəkdən qeyd edirik”, – deyə təbrik mesajında vurğulanıb.

CATEGORIES
TAGS