“Nurol Makina” FIDAE-2022 sərgisində zirehli maşınlarını nümayiş etdirir

“Nurol Makina” FIDAE-2022 sərgisində zirehli maşınlarını nümayiş etdirir

Türkiyənin “Nurol Makina” şirkəti Çilinin Santyaqo şəhərində keçirilən FIDAE-2022 sərgisində zirehli nəqliyyat vasitələrini nümayiş etdirir.

“Nurol Makina” şirkətindən “Poliqon”a verilən məlumata görə şirkət sərgidə “Ejder Yalçın” və “NMS Pikap” zirehli maşınlarını sərgiləyir.

Bildirilib ki, “Nurol Makina” Cənubi Amerika regionunun ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan FIDAE-2022 sərgisində iştirakı ilə regionda işgüzar əlaqələrini daha da gücləndirmək məqsədi daşıyır.

“Nurol Makina” şirkətinin Çilidəki mövcudluğu 2020-ci ildə “Ejder TOMA” avtomobillərinin ixrac edilməsi ilə başlayıb.

Qeyd edək ki, aprelin 5-də öz işinə başlamış FIDAE 2022 sərgisi aprelin 10-na qədər davam edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS