“Nurol Makina” şirkəti DİMDEX-2022 sərgisinə möhür vurub

“Nurol Makina” şirkəti DİMDEX-2022 sərgisinə möhür vurub

Türkiyənin “Nurol Makina” şirkəti Qətərin Doha şəhərində keçirilən DİMDEX-2022 sərgisi çərçivəsində “Rheinmetall Barzan Advanced Technologies” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə “Poliqon”a “Nurol Makina” şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hər iki şirkət tədqiqatlarının nümayişindən sonra, əməkdaşlıq etmək qərarına gəliblər.

İmzalanmış memorandum Qətər Silahlı Qüvvələrinin və Qətər Əmiri Qvardiyasının əməliyyat ehtiyaclarını qarşılamaq üçün avtonom sistemləri sahəsində əməkdaşlıq imkanlarını birləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, “Rheinmetall Barzan Advanced Technologies” şirkəti Qətərin “Barzan Holdings” və Almaniyanın “Rheinmetall” şirkətinin birgə müəssisəsidir.

DIMDEX 1 2 DIMDEX 1 3

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS