“Nurol Makina” “Yörük” zirehli maşının pikap versiyasını nümayiş etdirib

“Nurol Makina” “Yörük” zirehli maşının pikap versiyasını nümayiş etdirib

Türkiyənin “Nurol Makina” şirkəti “Yörük” zirehli maşının pikap tipli yeni versiyasını ilk dəfə 17-20 avqust tarixlərində İstanbulda keçirilmiş IDEF – 2021 sərgisində nümayiş etdirib.

“Nurol Makina” şirkətindən “Poliqon”a verilən məlumata görə, 4×4 təkər formuluna malik “Yörük” pikap hər cür hava və ərazi şərtlərində ağır yükləri asanlıqla daşımaq qabiliyyətinə malikdir.

Yüklü halda maksimum sürəti 140 km/saat təşkil edən çoxməqsədli “Yörük” pikap yeni nəsil taktiki zirehli maşındır. “Yörük” zirehli maşının pikap versiyası sərgidə, üzərində ASELSAN şirkətinin istehsalı olan “Sarp L” uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi (UKSS) ilə sərgilənib.

Şirkət mütəxəssislərinin sözlərinə görə “Yörük” pikapı analoqlarından fərqləndirən üstünlüklərindən biri mina və ballistik mühafizəsinin NATO standartlarına uyğun olmasıdır. Yeni pikap zireh özəlliyi, rəqəmsal ekranı, habelə yüngül çəkisinə görə öz sinfindəki digər vasitələrdən fərqlənir.

“Yörük” 4×4 zıreli pikap bütün bu xüsusiyyətlərlə asimmetrik təhlükə və qarşıdurma mühitlərində BMT-in sülhməramlı missiyaları da daxil olmaqla bir çox sahədə logistik fəaliyyətlərdə çevik bir şəkildə hərəkət edə bilən, yüksək sürətli, çoxməqsədli hibrid bir vasitə kimi müştərilərinə bənzərsiz üstünlüklər təqdim edəcək və hərəkət zamanı mövcud kritik boşluğu doldurmağı hədəfləyir. 5 nəfər heyəti daşımaq qabiliyyətinə sahib olan zirehli pikap yüngül və asimmetrik təhlükə və ya qarşıdurmanın olduğu yerlərdə yüksək sürətlə hərəkət və manevr etmək imkanlarına malikdir.

MRS5934

MRS5932

MRS5930

MRS5927

MRS5926

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS