
Orduda qazilərlə əsgərlərin görüşü təşkil edilib
Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu dəfə əsgərlərlə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərin görüşü təşkil edilib. Tədbirdə həmçinin Şərur rayonun mədəniyyət kolektivləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbəycan Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları ilə görüşün və konsert proqramının təşkil edilməsi əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlğının artırılmasında mühür rol oynadığını bildirib.
Fariz Sərxanov ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərin hərtərəfli sosial təminatla əhatə olunduğunu qeyd edib.