Ötən ay mina partlayışı nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb

Ötən ay mina partlayışı nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb

2021-ci ilin mart ayında piyadalar əleyhinə minalardan 3 hadisə nəticəsində 8 nəfər zərər çəkib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) sədri Hafiz Səfixanov “Poliqon”a verdiyi açıqlamasında bildirib ki, MƏAK İctimai Birliyi tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlarına görə, hadisə nəticəsində iki mülki şəxs həlak olmuş, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb.

2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.

MƏAK İctimai Birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”, – deyə Hafiz Səfixanov vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS