Ötən ay mina partlayışından 3 nəfər mülki şəxs zərər çəkib

Ötən ay mina partlayışından 3 nəfər mülki şəxs zərər çəkib

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan ərazisində minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Bu barədə “Poliqon”a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və PHS-lərdən zərər çəkdiyi qeydə alınıb. Nəticədə bir nəfər mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və  iki nəfər mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb. 2022-ci ilin fevral ayında minalar və PHS-lərlə bağlı hadisələr Yevlax və Tərtər rayonlarının ərazisində baş verib.   

Hafiz Səfixanov bildirib ki, ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və PHS-lərdən zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, PHS-lərə toxunmasınlar.

Poliqon.az

CATEGORIES
TAGS