“Otokar” direktoru Sərdar Görgüc: Azərbaycan bu gün modern və güclü ordusu ilə diqqət çəkir

“Otokar” direktoru Sərdar Görgüc: Azərbaycan bu gün modern və güclü ordusu ilə diqqət çəkir

Qardaş ölkə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ən önəmli yansımalarından biri, heç şübhəsiz ki, müdafiə sənayesi sahəsində həyata keçirilən əməkdaşlıq layihələridir. İki ölkə arasında davam edən möhkəm əlaqələrin təsiri ilə əməkdaşlıq gündən-günə artır.

“Poliqon” xəbər verir ki, bu fikirləri “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik mesajında bildirib.

Sərdar Görgüc deyib ki, hərbi mənada irəliləyişlərini müdəmadi olaraq davam etdirən Azərbaycan bu gün modern və güclü ordusu ilə diqqət çəkir.

“Bu nöqtədə; Türk mühəndislərinin orijinal dizaynı və türk işçilərinin əməyi ilə istehsal olunan “Otokar” nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən illərdir istifadə olunması bizim üçün böyük bir qürur mənbəyidir.

Türkiyə ilə Azərbaycan arasındakı dostluğun və davam edən əməkdaşlığın uzun illər davam edəcəyinə inanıram və “Otokar” olaraq hər bir tapşırığı yerinə yetirməyə hazır olduğumuzu bir daha bildirməkdən mutluluq duyuram.

Bu münasibətlə öz adımdan və şirkətim adından Azərbaycan Silahlı Qüvvələri Gününü təbrik edirəm”, – deyə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc vurğulayıb.

Azerbaycan Silahlz Kuvvetler Gunu ilan 75x5 cm 2

Poliqon.az

CATEGORIES
TAGS